Beyləqanda Bayraq günü qeyd olunub

Beyləqanda Bayraq günü qeyd olunub

Bayraq günü Beyləqanda xüsüsi coşğu ilə qeyd olunub. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, rayonun mərkəzi meydanında keçirilən tədbirdə çıxış edən Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev bu günün əhəmiyyətindən danışıb. Məlumat verilib ki, 3 rəngli bayrağımız 1918-ci ilddə Azərabaycan səmalarında 18 ay dalğalansa da, ölkəmizin Sovet İmperiyasının təcavüzünə uğramasından sonra endirilib: "Müstəqilliyimizin bərpa edilməsindən sonra digər atributlar kimi, dövlət bayrağımız da bərpa olunub".

Daha sonra rayon gəncləri mərkəzi meydandan uzunluğu 150 metrə çatan üçrəngli bayraqla Ümümmilli lider Heydər Əliyevin adını daşıyan parka qədər yürüş ediblər. 3000-ə yaxın insanın iştirak etdiyi aksiyaya rayon ictimaiyyəti ilə yanaşı, ön xətdə xidmət hərbiçiləri də qoşulub. Yürüş iştirakçıları Heydər Əliyev parkında keçirilən kitab sərgisinə tamaş ediblər. Tədbir bayram konserti ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə