Baş prokurorluq Türkiyə və Rusiyaya müraciət ünvanlayıb

Baş prokurorluq Türkiyə və Rusiyaya müraciət ünvanlayıb

Azərbaycan Respublikası Baş prokurorunun vəzifəsini icra edən Rüstəm Usubov, 14 yaşlı Rövşən Kazımovun noyabrın 1-də Zelenoqradda ictimai nəqliyyatda vətəndaşların gözü qarşısında təhqir olunması və ona qarşı zor tətbiq edilməklə ağır bədən xəsarətləri yetirilməsi, həmçinin noyabrın 7-də Türkiyənin Balıkesir şəhərinin Erdek rayonunda 49 yaşlı Səidə Eyvazovanın bıçaqlanaraq öldürülməsi faktları ilə əlaqədar Rusiya Federasiyasının və Türkiyə Respublikasının Baş prokurorlarına müraciət edib. SİA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata bildirilir ki, R.Usubov müraciətlərində həmin şəxslərə qarşı yol verilmiş qanunazidd hərəkətləri qəti şəkildə pisləyərək, bu hərəkətlərin ictimaiyyət arasında geniş rezonans doğurmasını həmkarlarının diqqətinə çatdırıb. Qanunun aliliyinin təmin edilməklə başlanmış cinayət işlərinin istintaqının şəxsi nəzarətlərinə götürülməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması, həmçinin cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb olunmaları müraciətlərdə xüsusi olaraq vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə