Ermənilərin işğal altında olan ərazilərimizin adlarını dəyişmələri heç bir effekt verməyəcək

Ermənilərin işğal altında olan ərazilərimizin adlarını dəyişmələri heç bir effekt verməyəcək

"Ermənilərin işğal altında olan ərazilərimizin adlarını dəyişmələri heç bir effekt verməyəcək" SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, bunu Qubada jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədov deyib.

O bildirib ki, işğal altında olan torpaqlarımızın coğrafi adları ermənilər tərəfindən dəyişdirilir: "Amma ermənilərin bu mənfur siyasəti heç bir effekt verməyəcək. Çünki BMT həmin coğrafi adları olduğu kimi qəbul edib".

Komitə sədri Gürcüstan-Azərbaycan sərhədinin delemitasiyası məsələsinə də toxunub. O qeyd edib ki, iki ölkə arasında 180 km razılaşmayan sahə mövcuddur və bu məsələ yaxın zamanda həllini tapacaq.

Qərib Məmmədov həmçinin məlumat verib ki, tezliklə Azərbaycanın Milli Atlası işıq üzü görəcək. Yeni atlas həm Azərbaycan, həm də xarici dillərdə olacaq.

Qeyd edək ki, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədov Qubada vətəndaşları qəbul edib. Qəbul zamanı 6 rayondan olan 100-dən artıq vətəndaşın şikayətləri dinlənilib. Şikayətlərin böyük qismi torpaq islahatı zamanı yol verilən qüsurlar və yerli torpaq şöbələrində vətəndaşların süründürməçiliyi ilə bağlı olub.

Dinlənilən şikayətlərin bir hissəsi yerində həll edilib, digər hissəsi isə tədbir görülməsi üçün nəzarətə götürülüb.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə