Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) öz himayəsində olan məcburi köçkünləri daim diqqət mərkəzində saxlayır. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, Ağdam rayonunda yerləşən "Dördyol 1, 2", "Təzəkənd" qəsəbələri və Dördyol-Mamırlı ərazisində məskunlaşan 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşan 4000 nəfər, Tərtər rayonunda məskunlaşan 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşan 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə 9 noyabr - Dövlət bayrağı, 12 noyabr - Konstitusiya və 17 noyabr - Milli Dirçəliş günü münasibətilə hər il olduğu kimi bayram payı aparılıb.
Bayramlar ərəfəsində Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşan məcburi köçkünlərə 32400 kq, Sumqayıt şəhərində məskunlaşan məcburi köçkün və şəhid ailələrinə 13770 kq, noyabrın 7-də isə Ağdam rayonunda yerləşən "Dördyol 1, 2", "Təzəkənd" qəsəbələrində, Dördyol-Mamırlı ərazisində məskunlaşan məcburi köçkünlərə 85228,2 kq və Tərtər rayonunda məskunlaşan məcburi köçkünlərə 105300 kq ərzaq yardımı çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB