Noyabrın 8-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilib.
AMEA-dan SİA-ya verilən məlumata görə, yığıncağın sədri, Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva çıxış edərək, bildirib ki, ölkədə dövlət gənclər siyasətinə önəm verilir, bütün sahələrdə gənclər irəli çəkilir, gənclərimiz xaricdə kütləvi surətdə təhsil almağa göndərilir, dövlət tərəfindən Gənclər Fondu, Elm Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin elmi və ictimai-siyasi fəaliyyətləri dəyərləndirilib, onlara qrantlar verilib. Bir sözlə, gənclərə hərtərəfli dəstək göstərilib. Hazırda AMEA-nın prezidenti seçilmiş akademik Akif Əlizadə də gənclərə böyük önəm verir. 17 oktyabr 2013-cü ildə AMEA Rəyasətinin qərarı ilə Gənc alim və mütəxəssislər şurasının yaradılması ilə bağlı qərar qəbul olunub.
Daha sonra tədbir iştirakçılarından Ramin Rüstəmov, Cavid Qasımov, Elvüsal Məmmədov və başqaları çıxış edərək, İnstitutun gənc alimlərinin elmi potensialının yüksək olduğunu və yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasının da fəal olacağına əminliklərini bildiriblər.
Sonra Şərqşünaslıq İnstitutunun tədbirdə iştirak edən 33 gənc əməkdaşının səsverməsi yolu ilə Gənc alim və mütəxəssislər şurasına seçkilər keçirilib. Tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı şuraya sədr, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Məlikova və Şahin Ələsgərov sədr müavini seçilib.
Sonda Şərqşünaslıq İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri seçilən Sübhan Talıblı tədbir iştirakçılarına seçimlərinə görə təşəkkürünü bildirdi və onu da qeyd etdi ki, İnstitutun gənc alimləri ölkəmizin ictimai-siyasi və elmi həyatında daha da yaxından iştirak edəcək, xarici konfranslara inteqrasiya olunacaq, ölkəmizin elmi səviyyəsini beynəlxalq aləmdə daha çox təbliğ edəcək.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB