"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi öz fəaliyyət istiqamətinə uyğun olaraq davamlı şəkildə müxtəlif layihələr həyata keçirib. Bu tədbirlər əsasən gənc nəslin milli-vətənpərvərlik ruhda tərbiyyə olunması və onların öz tariximizə, mədəniyyətimizə daha dərindən bələd olması məqsədi daşıyır.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən SİA-ya verilən məlumata görə, 08 noyabr 2013-cü il saat 12:00-da İctimai Birliyin Ofisində tədbir keçirilib. Tədbiri giriş sözü ilə İctimai Birliyi nümayəndəsi Həbib Misirov açaraq tədbir haqqında iştirakçılara məlumat verdi və Bayarq günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və bildirib ki, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi də bu əlamətdar gün münasibəti ilə Kəlbəcər rayon 56 saylı orta məktəbin şagirdləri ilə birgə "Uca bayraq – uca millət" adlı tədbir keçirib. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalanıb. 2010-cu ildən artıq 2 ildir ki, Dövlət Bayrağı Günü ölkəmizdə qeyd olunub. " İnanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olaçaq üçrəngli bayrağımız Qarabağda Şüşada, Kəlbəçərdə və digər işğal olunmuş torpaqlarımızda uçaldılaçaq.
Daha sonra professor Məhərrəm Qasımlı çıxış etdi. O çıxışında qeyd etdi ki, "Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdi.
Eyni bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdi. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdi".
56 saylı Kəlbəcər orta məktəbin direktoru Aidə Əhmədova bildirib ki, biz mütəmadi olaraq bayrağımızın təbliği və vətənpərvərlig mövzüsunda məktəbdə marifləndirmə işləri aparırıq.
Sonda məktəblilər vətənə, bayrağa həsr edilmiş şeirlər səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB