“Üçrəngli İdeya Müsabiqəsi”nin bağlanış və mükafatlandırma mərasimi keçirilib
Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qərargahında Dövlət Bayrağı Gününə həsr olunan "Üçrəngli İdeya Müsabiqəsi"nin bağlanış və mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, ATGTİ-nin sədri Şahin İsmayılov bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin aşılanması, dövlət atributlarının təbliğidir.
Daha sonra "Üçrəngli İdeya Müsabiqəsi"nin qalibləri mükafatlandırılıb. Onlara diplom və qiymətli hədiyyələr təqdim olunub. Qaliblərin əl işləri Bakı Metropoliteninin stansiyalarında sərgilənəcək.
Qeyd edək ki, layihə çərçivəsində keçirilən müsabiqəyə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri dizayn proqramlarında hazırlanan əl işlərini təqdim etməklə qoşulublar. Təqdim olunan işlərdə üçrəngli bayrağımızın rənglərinin əks olunması mütləq şərt kimi irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB