Tanınmış teleaparıcı Aurelia Qriqoriunun qarşısında diz çökdü FOTOLAR
Tanınmış teleaparıcı, alim-psixoloq İlham Mirzəyev Azərbaycanda səfərdə olan moldovalı ombudsman Aurelia Qriqoriu ilə görüşüb. Teleaparıcı açıqlamasında, xanım Aurelia ilə bir məclisdə görüşdüyünü bildirdi: "Cox səmimi kecən sohbətdə Azərbaycan həqiqətlərini dünyaya catdırdığı ücün xanım Aurelia Qriqoriuya təşəkkür etdim. Hətta mən şəhid, itkin və qacqın ailələri adından bu qəhrəman qadının qarşısında diz cökdüm. Dedim ki, vaxt gələr torpaqlar alınar və Azərbaycan xalqı sizə heykəl qoyar. Bizim dərdimizi öz dərdiniz bildiyiniz ücün ona cox təşəkkür etdim".
Teleaparıcı sözləri ilə xanım Aureliyanın göz yaşlarına səbəb olub: "Xanım Aurelia mənim çıxışımdan təsirləndi və göz yaşlarını saxlaya bilmədi. Mən ona "Siz bizim bacımızsınız" dedim və onu öpdüm. Sonra birlikdə Azərbaycan rəqsi etdik. Mənim ücün o, bir qəhrəmandır."
Xatırladaq ki, Moldovalı ombudsman xanım Aurelia Qriqoriu İrəvanda insan hüquqlarının qorunması və təbliği ilə bağlı İrəvanda keçirilmiş elmi konfransda "Dondurulmuş münaqişələr" ərazilərində insan hüquqlarının müdafiəsinə riayət edilməsi" mövzusunda çıxış edərkən Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsini, Xocalı faciəsini soyqırımından söz açaraq erməniləri işğalçı olmaqda ittiham edib. İclası aparan erməni deputatı Davit Harutyunyan Moldovan xanımın sözünü kəsərək ona reqlamentə uyğun olaraq verilmiş 15 dəqiqə vaxtın bitdiyini bildirdi. Cavabında isə Aureli Qriqrori 3 dəqiqə vaxt istəmiş və sözünün kəsildyinə görə təəccüblənmədiyini bildirmişdir. Erməni deputatlar etiraz etdilər ki, bu mövzunun elmi konfransla heç bir əlaqəsi yoxdur. Tədbirin sonunda isə erməni jurnalistlər təxribat xarakerli suallarla moldovalı Ombudsmana qarşı təzyiqlər etmiş və onu Azərbaycana satılmaqda ittiham edib. Bu suallar isə onu öz fikirindən döndərməyib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB