Şəmkirin çörək sexlərində yoxlamalara başlanıldı FOTO

Şəmkirin çörək sexlərində yoxlamalara başlanıldı FOTO

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları növbəti yoxlamalarını keçirib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, bu dəfə ki reydin ünvanı Şəmkir rayonu Hüseyn Cavid küçəsində fəaliyyət göstərən Qaqalar MMC-ə məxsus olan çörək istehsalı və satışı ilə məşğul olan sex olub. İstehsal sahəsində aparılan yoxlamalar zamanı xeyli sayda ciddi nöqsanlar ortaya çıxıb. Sexdə strateji məhsul sayılan çörəyin hazırlanmasında mənşəyi məlum olmayan sudan, duzdan, mayadan, yağlardan və müxtəlif qatqılardan istifadə olunduğu üzə çıxıb. Bundan başqa istehsalatda kustar üsullardan istifadə olunaraq xəmir antisanitar şəraitdə yoğurulur və bişirilir. Aparılan yoxlamalar zamanı sexdə işçilərin heç bir təhlükəsizlik qaydalarını gözləmədən işlədiyi diqqət çəkib.

Qeyd edək ki, aşkar olunan nöqsanlara görə, istehsal sahibinə cərimə sanksiyası tətbiq olunub və sexin fəaliyyətinə qadağa qoyulub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə