"Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, noyabrın 9-da paytaxtda və yarımadada havanın temperaturu gecə 8-12, gündüz 12-15 dərəcə isti olacaq.
Məlumata əsasən, sabah ölkənin rayonlarında arabir yağış yağacağı ehtimal olunur: "Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB