Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Sevil Məmmədova, Şura üzvləri və digər qonaqlar iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət ediblər. Abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasını əlamətdar hadisə olduğunu vurğulayıb. O, Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağının yaranması tarixindən danışıb.
Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu, dövlət bayrağının indiyədək dəfələrlə dəyişdirildiyini, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağın yenidən bərpa olunduğunu diqqətə çatdırıb.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildiyini bildirib. Ümummilli lider Heydər Əliyevin "Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur" sözlərini xatırladaraq bayraq sevgisinin hər kəsin qəlbində yaşamalı olduğunu qeyd edib: "Ulu öndərin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də ölkəmizin milli dövlət rəmzlərini uca tutur və bu ruhu cəmiyyətə aşılayır. Ölkəmizdə gedən geniş abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, sosial rifahın təmin edilməsi, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin, idman mərkəzlərinin tikilməsi, yeni yolların salınması və s. bu istiqamətdə atılan addımların görülən işlərin bir hissəsidir. Bu gün hər bir azərbaycanlı ölkəmizin iqtisadi inkişafının rəmzinə çevrilən üçrəngli bayrağımızın dünya dövlətlərinin bayraqları arasında ən uca zirvədə dalğalanması ilə qürur duyur".
Daha sonra çıxış edən qonaqlar üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsini Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Konstitusiyasında da öz əksini tapdığını bildiriblər.
Dövlətimizin başçısının milli ideallara bağlılığı üçrəngli bayrağımıza münasibətdə də açıq-aydın göründüyünü, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilən əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsi kimi səciyyələndiriblər. Dövlət rəmzlərimizə göstərilən bu münasibət ölkəmizdə milli həmrəyliyi, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsini, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məramından irəli gəldiyi fikirləri səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB