Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 9 noyabr Azərbaycan Respublikası Dövlət Bayraq Gününə həsr olunmuş layihələrini davam etdirir. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, cari ilin 8 noyabr tarixində tələbələrə ATGTİ-nin təşəbbüsü ilə hazırlanan və üzərində "Güclü lider, güclü Azərbaycan" yazılan qolbaqlar Azərbaycanın bütün ali və orta ixtisas təhsil müəssisələrində paylanılacaq. Qolbaqlar Azərbaycan bayrağını simvolizə edən göy, qırmızı və yaşıl rənglərdə hazırlanıb.
Layihə respublika miqyasında 9 noyabr Bayraq Gününə həsr olunmuş ən geniş miqyaslı layihələrdən biridir və Azərbaycanın bütün regionlarında reallaşdırılacaq.
Altmış min tələbə-gənci əhatə edən layihənin məqsədi Azərbaycanda Bayraq Gününün geniş miqyasda qeyd edilməsi və bu günün əhəmiyyətinin gənclər arasında təbliğidir. Layihə eyni zamanda Azərbaycan gəncliyinin gücünü və bayrağımıza olan sevgisini nümayiş etdirəcək.
Nəzərinizə çatdırırq ki, ATGTİ 9 noyabr Bayraq Günündə həsr edilmiş silsilə layihələrini davam etdirəcək. 9 noyabr tarixində "Bayraqdar" Milli İntellektual oyunu da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB