İSESCO eksperti: "Uşaqların təhsilə cəlb edilməsi, lazımi səviyyədə deyil"

İSESCO eksperti: "Uşaqların təhsilə cəlb edilməsi, lazımi səviyyədə deyil"

"İSESCO-ya üzv ölan ölkələrdə uşaqların təhsilə cəlb olunması lazım olan səviyyədən aşağıdır". SİA-nın məlumatına görə, bu sözləri İSESCO eksperti Sadiq Rəşid jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, əksər ölkələrdə bu göstərici 4-10 faiz arasında dəyişir: "Çox az sayda ölkədə uşaqların təhsilə cəlb edilmə səviyyəsi yüksəkdir. Afrikanın İslam ölkələrində 5 yaşından aşağı uşaqlarda ölüm səviyyəsi çox yüksəkdir. Bu problemlərin arxasında ehtiyatsız qidalanma, kanalizasiya və tibbi xidmətlərinin olmaması dayanır. Ancaq bu problem Cənubi Asiyadakı ölkələr üçün də xarakterikdir".

R.Sadiq həmçinin bildirib ki, təşkilata üzv olan İslam ölkələrində küçə uşaqlarının çox olması mühüm problemlərdən biridir: "Son illər İslam ölkələrində baş verən inqilab və iğtişaşlar uşaqların təhsilə, tibbi xidmətə çıxışını əngəlləyir. İnqilab nəticəsində qaçqın uşaqlar yaranır ki, onların da bir çox xidmətlərdən istifadə imkanları məhdudlaşır. İnqilab və iğtişaşların baş verdiyi ölkələrdə uşaqlarda əlilliyin qarşısının alınması üçün peyvəndləmə işləri aparılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə