Arif Rəhimzadə: "Yaxın vaxtlarda JEK-lər tamamilə ləğv olunacaq"

Arif Rəhimzadə: "Yaxın vaxtlarda JEK-lər tamamilə ləğv olunacaq"

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmədən Gömrük İttifaqına qoşula bilməz". Bunu Azərbayca-Rusiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Arif Rəhimzadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Dağlıq Qarabağ müharibəsi bitərsə, o zaman bu haqda düşünmək olar: "Hazırda gündəlikdə belə bir məsələ yoxdur və bu təbiidir. Ermənistan olan yerdə biz birgə iqtisadi fəaliyyətlə məşğul ola bilmərik".

Komitə sədri, həmçinin MİS-lərin (JEK) ləğv edilməsindən də danışıb. O qeyd edib ki, Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunarkən orada JEK-lərin adı qeyd edilməyib: "Güman edirəm ki, yaxın vaxtlarda JEK-lər tamamilə ləğv olunacaq. JEK-lər ləğv edildikdən sonra bu funksiyanı kim üzərinə götürəcək? Bununla bağlı ictimai təşkilatlar yaradılmalıdır. Açığı bizim cəmiyyətdə bu məsələyə lazımi istək və həvəs yoxdur. Bunun səbəbi də ictimaiyyətdə bu təşəbbüsün olmaması ilə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə