Liviyalı ekspert: "İnqilab zamanı 10 faiz uşaq ölüb"

Liviyalı ekspert: "İnqilab zamanı 10 faiz uşaq ölüb"

"Liviyada əvvəllər urbanizasiya problemi çox böyük idi". SİA-nın məlumatına görə, bu barədə liviyalı ekspert Cəmilə Mohamed Fallag jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, Liviya uşaqların urbanizasiya prosesindən əziyyət çəkməməsi üçün müəyyən dövrlərdə beynəlxalq konvensiyalara qoşulsa da, bunlar lazımınca yerinə yetirilməyib: "Hazırda Liviyada vəziyyət qənaətbəxş hesab oluna bilər. İnqilabdan sonra Liviyada vəziyyət dəyişib. İnqilab zamanı 10 faiz uşaq ölüb. Bizdə Təhsil Nazirliyi yaradıldığına görə, nazirlik birbaşa bu məsələlərlə məşğuldur. Uşaqların müdafiəsi uğrunda böyük şöbələr yaradılıb".

Liviyada erkən nigah məsələsinə gəldikdə isə C.M. Fallag bildirib ki, Liviya erkən nigahdan əziyyət çəkmir.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə