Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyi barədə danışan komitə sədri Arif Rəhimzadə bildirib ki, bu gün "Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.
Komitə sədri adı dəyişdirilən kənd haqqında danışarkən deyib ki, həmin ərazi Samur çayının sahilində yerləşir və ətrafı palıd meşəliyi ilə əhatə olunub: "Orada yaşayan sakinlər Xaraxoba sözünün mənasını bilmədiklərindən, bu kəndin adının dəyişdirilməsini təklif ediblər və bununla bağlı sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilmişdi. Kənd sakinləri həmin əraziyə Palıdlı adının verilməsini istəyiblər. Həmin ərazilərdə vaxtı ilə ruslar məskunlaşmışdı və 2 il bundan əvvəl onlar oradan çıxarıldı. Bu proses Azərbaycan və Rusiyanın birgə razılığı əsasında həyata keçirilmişdi".
Müzakirələrin sonunda adıçəkilən qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB