İSESCO eksperti: "İslam ölkələrinin 7 faizi urbanizasiyadan keçib"

İSESCO eksperti: "İslam ölkələrinin 7 faizi urbanizasiyadan keçib"

"İslam ölkələrində uşaqların hüquqlarının müdafiəsi sahəsində bir çox problemlər var". SİA-nın məlumatına görə, bu sözləri İSESCO-nun eksperti Sadiq Rəşid ekspertlərin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə problemlərə diqqət ayrılıb və qənaətbəxş nəticələr var: "İslam ölklərinin 7 faizi urbanizasiyadan keçib. Afrikada bu göstərici daha yuxarıdır. Bizim üzv ölkələrdə şəhər əhalisinin 80 faizindən çoxu islam ölkələrində yaşayır. İslam ölkələrindəki həmin urbanizasiyalaşmış ərazilərdə böyük çirklənmə vəziyyəti mövcuddur".

S. Rəşid həmçinin vurğulayıb ki, Şəhərlərdən kənarda vəziyyət daha gərgindir: "Uşaq ölümünün azaldılması, anaların sağlamlığının təmin olunması, onların hüquqlarının müdafiə olunması bu gün əsas vəzifələrdən biri olmalıdır. Asiya, Afrika və Ərəb ölkələri regionlarında uşaqların vəziyyəti ürəkaçan deyil. Diqqət etsək görərik ki, yaxın zamanda 28 ölkə bu hədəfə çatacaq. Amma digər ölkələrdə bu müşahidə olunmur. 12 ölkədən 7-də uşaqların doğum norması digərlərinə nisbətən daha yaxşıdır. Ölüm norması kasıb ölkələrdə 2 dəfə yüksəkdir. Uşaqların qidalanması ilə də bağlı problemlər var. Kəndlərdə uşaqların çəkisi şəhərdəki uşaqlara nisbətdə 2 dəfə azdır. Kasıb ölkələrdə uşaqların səhiyyə ilə bağlı çıxışı yox dərəcəsindədir".

O, həmçinin vurğulayıb ki, bu ölkələrdə qadınların doğumu ilə bağlı vəziyyət də yaxşı deyil: "Qeyd etdiyimiz kasıb ölkələrdə qadınların təxminən 34 faizinin doğumuna yardım göstərilir. Bu da şəhər əhalisi ilə kənd əhalisi arasında bərabərsizliyin növbəti göstəricisidir. Bununla yanaşı, həmin yerlərdə peyvəndlənmə ilə bağlı problemlər var. Zəngin ölkələrlə müqayisədə, bu göstərici kifayət qədər azdır. 2 milyon uşaq su və kanalizasiya xidmətləri göstərilmədiyi üçün ölür. Uşaqların təhsil almasında da ciddi problemlər var".

Bütün xəbərlər Facebook səhifəmizdə