Səbail rayonu Bayıl yaşayış sahəsində abadlıq-quruculuq işləri davam edir
Son illər ərzində Səbail rayonunda aparılan irimiqyaslı quruculuq işləri çərçivəsində rayonun Bayıl yaşayış sahəsində böyük abadlıq quruculuq işləri aparılıb, bir sıra sosial yönümlü tədbirlər həyata keçirilib. SİA-nın məlumatına görə, Bayılda aparılan işlər çərçivəsində burada yerləşən bir sıra sənaye obyektləri, gəmiqayırma zavodları və yaşayış evləri köçürülüb, Dövlət Bayrağı Meydanı yaradılıb, "Avroviziya" mahnı müsabiqəsi ilə əlaqədar 35 min tamaşaçı yerlik "Kristall-Xall", Bakı-Ələt avtomobil yolunun bir hissəsi tikilib, yeni yol strukturu yaradılıb, yeni yeraltı keçidlər, bu ərzinin elektrik təchizatının yaxşılaşdırılması üçün "Yeni Bayıl", "Bayraq Meydanı" yarımstansiyaları tikilərək istifadəyə verilib, Qafur Məmmədov adına parkda əsaslı təmir-yenidənqurulma işləri aparılıb, təhsil və səhiyyə obyektləri təmir olunub, beynəlxalq oyunları keçirmək üçün "Bayıl" stadionu əsaslı təmir olunub, yenidən qurulub.
Bayıl yaşayış sahəsində köhnələn kanalizasiya şəbəkəsinin əvəzində yeni kanalizasiya şəbəkəsi və yeni kanalizasiya kollektoru çəkilib, bu istiqamətlə işlər davam etdirilir. Bayılda yeni su xətlərinin çəkilişi də aparılır. Gələcəkdə bu yaşayış sahəsi içməli su ilə daimi təmin olunacaq.
Hazırda Bayıl dairəsinin ətrafının yenidənqurulması və abadlaşdırılması işləri aparılır. İlk növbədə Prezident İlham Əliyevin sərəncamına əsasən Dənizkənarı Milli Parkın Bayraq Meydanından Bibiheybət məscidi istiqamətində uzadılması işləri aparılır. Bayıl dairəsinə yaxın ərazidə yerləşən 165 ədəd fərdi yaşayış evləri, obyektlər müvafiq kompensasiyalar ödənilməklə köçürülüb, hazırda bu ərazidəki bir sıra sənaye və özəl obyektlərin köçürülməsi və yeni bulvar üçün yeni struktur yaradılması işləri aparılır. Həmçinin 2013-cü ildə burada Su oyunları stadion kompleksinin tikintisi həyata keçirilir.
Dairədə yerləşən 16 mərtəbəli yaşayış binası əsaslı təmir olunaraq fasadı müasir qaydada üzlənib, binaya gecə işıqlandırılması quraşdırılıb. Hazırda Qurban Abbasov küçəsinin Bayıl dairəsinə çıxan hissəsində yerləşən 3 ədəd yaşayış binasında əsaslı təmir aparılır, Binaların köhnə olması səbəbindən binanın təməli və divarlarında möhkəmləndirmə işləri aparılıb, fasad üzlənib, mənzillərin pəncərələri müasir materiallardan hazırlanıb pəncərələrlə əvəz olunub. Həmçinin Bibiheybət yolu 1 ünvandakı yaşayış kompleksində üzlənmə işləri aparılır.
Bayıl dairəsi tam şəkildə yenidən qurulur. Dairədə yeni yol infrastrukturu yaradılıb. Yeni yeraltı keçid Q.Abbasov küçəsi ilə Yeni Bulvarı birləşdirir. Burada son tamamlama işləri aparılır. Yeni eskalator quraşdırılıb. Dairənin mərkəz hissəsində 20-ci sahə istiqamətində istirahət guşəsi yaradılır, yaşıllıqlar salınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB