"Şəhərsalma və tikinti məcəlləsi" ölkənin hüquqi həyatında əhəmiyyətlidir"
"Azərbaycanda inzibati hüquq sahəsində bir çox qanunvericilik aktları qəbul edilib. Bu da bizim qanunlarımızın beynəlxalq standartlara uyğun olması ilə bağlıdır. 2003-cü ildən bu günə qədər inzibati hüquq sahəsində hazırlanan qanun layihələrində beynəlxalq ekspertlər yaxından iştirak ediblər. Bugünkü tədbirdə əsas müzakirə mövzusu Azərbaycanda ötən il qəbul olunan və bu il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsidir". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisdə keçirilən "Şəhərlərin formalaşmasında hüquq bir alət kimi" mövzusunda dəyirmi masada çıxışı zamanı İnzibati və Hərbi Qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov deyib.
Onun sözlərinə görə, "Şəhərsalma və tikinti məcəlləsi" ölkənin hüquqi həyatında əhəmiyyətli məsələ sayıla bilər: "Məcəllənin əsas hədəflərindən biri ərazilərin inkişaf istiqamətinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və dayanıqlı inkişafının təmin edilməsidir. Şəhərsalma fəaliyyətinin həyata keçirilməsi zamanı ərazilərin dayanıqlı inkişafı və müxtəlif iqtisadi, sosial, ekoloji faktorların nəzərə alınması və balanslaşdırılması təmin edilməlidir".
O, həmçinin hansı ərazidə necə tikinti aparıla biləcəyi haqda məlumat verib: "Müfəssəl planlar bu tələbləri və qaydaları müəyyənləşdirən bir sənəddir. Təbii ki, tikinti və tikinti obyektləri bütün qaydaları həmin sənəddə müəyyən olunmuş tələblər əsasında həyata keçirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB