Ailədaxili cinsi zorakılıq hallarında qaydalar sərtləşdirilə bilər AÇIQLAMA
"Ailə üzvləri tərəfindən cinsi zorakılığa məruz qalma hallarının qarşısının alınması ilə bağlı cəzalar sərtləşdirilə bilər". SİA-nın məlumatına görə, bu barədə Ailə, Qadın, Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə verdiyi açıqlamasında bildirib .
Onun sözlərinə görə, komitə bununla bağlı qanunvericiliyə təkliflərini verib: "Təkliflərin əsasında bu cür cinayətkarlara qarşı cəzaların sərtləşdirilməsi dayanır. Bununla bağlı komitə və nazirliklərə müraciət edilib. Onların rəyi alındıqdan sonra qanunvericilik layihəsi Milli Məclisə göndəriləcək".
Sədr müavini bildirib ki, Azərbaycanda bu kimi hallarda artım müşahidə olunmur: "Sadəcə əvvəllər bu kimi məsələlər mətbuatda yayımlanmırdı. Amma indi isə mətbuatda belə məsələlərə daha çox yer ayrılır. Şəxsən mən, bu cür halların işıqlandırılmasını dəstəkləmirəm. Ona görə ki, bu, böyük bir cinayətdir. Belə halların işıqlandırılması məsələyə münasibətə öz təsirini göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB