"Son beş ilin statistik göstəriciləri Azərbaycanda məişət zorakılığı hallarının azaldığını göstərir". SİA-nın məlumatına görə, bu sözləri Ailə, qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva jurnalistlərə açıqlama verərərkən deyib.
O bildirib ki, bu yaxınlarda "Məişət zorakılığı" haqqında qanunun qəbul edilməsi, bu problemin həllində öz sözünü deyir: "Bu gün erkən nigah bizi narahat edən əsas məsələlərdən biridir. Əgər 2011-ci ildə 4000-ə yaxın erkən nigah qeydə alınıbsa, ötən il bu rəqəm 3000 -ə yaxın olub. Statistika görünən səviyyədə dəyişib. Ana və uşaq ölümü hallarında isə azalma müşahidə olunub. Bu isə Azərbaycanda düzgün aparılan dövlət siyasətinin bariz göstəricisidir".
Məişət zorakılığı hallarının daha çox şəhərdə və ya rayonda baş verməsinə gəlincə sədr müavini bildirib ki, araşdırmalar bunlar arasında fərqin olmadığın göstərir:" Məişət zorakılığı yalnız Azərbaycanı deyil, həmçinin bütün dünyanı narahat edən bir məsələdir. Biz hər zaman dünyada sivilizasiya proseslərindən danışırıq. Lakin dünyada bu kimi hallarda artım müşahidə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB