"İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri" adlı IV konfrans öz işinə başlayıb

"İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri" adlı IV konfrans öz işinə başlayıb

Ailə , Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı (AQUPDK) ilə keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq məsələləri üzrə məsul nazirlərin "İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri" adlı IV konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, bu gün konfrans çərçivəsində ekspertlərin iclası keçirilib.

İclasda ilk çıxış edən AQUPDK sədr müavini Aynur Sofiyeva konfrans haqqında məlumat verib. O bildirib ki, ekspertlərin müzakirələri iki gün davam etdikdən sonra növbəti iki gündə nazirlərin iclası keçiriləcək. Azərbaycanın son illər beynəlxalq konfranslara ev sahibliyi etdiyini vurğulayan sədr müavini söyləyib ki, bu konfransın da məhz Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir: "Konfransda bəşəriyyətin diqqətini cəlb edən məsələlər müzakirə olunacaq. Bunlardan biri urbanizasiya məsələsidir ki, sözügedən məsələ XX əsrin fenomenlərindəndir. Ekspertlərin araşdırmaları göstərir ki, 2050- ci ilə qədər dünya əhalisinin hər 10 dan 7 nəfəri şəhər əhalisi olacaq. Bu, hər bir ölkəni düşündürən məsələdir. Konfansın əsas mövzusu uşaq məsələləri ilə bağlıdır. Burada uşaqlarla bağlı problemlər müzakirə olunacaq. Qarşımızda duran əsas məsələ uşaqların hüquqlarının müdafə edilməsidir".

Qeyd edək ki, konfrans noyabrın 12-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə