Türkiyə nümayəndə heyəti Ali Məhkəmə və Xətai “ASAN” xidmətində olublar

Türkiyə nümayəndə heyəti Ali Məhkəmə və Xətai “ASAN” xidmətində olublar

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi cənab Enis Yavuz Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Azərbaycan Respublakası Ali Məhkəməsinin inzibati binasında olub və Ali məhkəmənin iş fəaliyyəti ilə tanış olublar. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Türkiyə nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri Xətai rayonunda yerləşən "ASAN xidmət"ində də olublar. Müraciət olunan dövlət orqanları tərəfindən "ASAN xidmət" mərkəzində vətəndaşlara birbaşa göstərilən xidmətləri qonaqlar maraqla izləyib və yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə