ARGTMŞ “QİDA” payız sessiyası çərçivəsində ilk təlimləri davam edir

ARGTMŞ “QİDA” payız sessiyası çərçivəsində ilk təlimləri davam edir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "QHT-lərin İDarəetmə Akademiyası" ("QİDA") payız sessiyası çərçivəsində təlimləri davam edir. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 8-10 noyabr 2013-cü il tarixlərində "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi ilə birlikdə Şəmkir şəhəridə keçiriləcək təlimlər "Effektiv kommunikasiya", "Komanda quruculuğu" və "Gənclər təşkilatlarının yaradılma və idarəedilmə mexanizmləri" mövzuları üzrə təşkil olunacaq.

Akademiyanın Payız Proqramı çərçivəsində keçirilən təlimlərdə gənclər təşkilatlarının rəhbər və işçi heyətinin nümayəndələri olmaqla 30 nəfər iştirak edəcək. Sonda təlim iştirakçıları şəhadətnamə ilə təltif olunacaq.

Qeyd edək ki, "QHT-lərin İDarəetmə Akademiyası" -nın əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə