“Hər bir ailədə bir bayraq olsun” FOTO

“Hər bir ailədə bir bayraq olsun” FOTO

Gəncə Dövlət Universitetinin (GDU) tələbələri qarşıdan gələn Milli Bayraq Günü münasibətilə tədbir keçirib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, Dövlət Bayraq Meydanında toplaşan tələbələr üçrəngli bayrağımızın milli atributumuz olaraq qürur mənbəyi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bayrağımızın yenidən zirvələrə ucalması tariximizin ən əlamətdar hadisələrindən biridir.

Tələbə-gənclər həmçinin, artıq 22 ildir ki, ay-ulduzlu, üçrəngli bayrağımızın dövlətimizin rəmzi olaraq beynəlxalq müstəvidə də təmsil etməsinin əhəmiyyətindən bəhs ediblər.

Daha sonra şəhərin Cavadxan küçəsi və mərkəz istiqamətində yürüş edərək vətəndaşlarda vətənpərvərlik hisslərinin daha da artırılması üçün "Hər bir ailədə bir bayraq olsun!" devizi altında aksiya keçirilib. Tədbir iştirakçıları şəhər sakinlərinin qarşıdan gələn Milli Bayraq Gününü təbrik edərək bayraqlar hədiyyə ediblər. Tələbələr şəhər sakinlərinə bayrağımızın yaranma tarixi və rəmzi mənaları haqda məlumat veriblər.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə