Rayonlarda payızlıq taxıl səpini davam edir

Rayonlarda payızlıq taxıl səpini davam edir

Qərb bölgəsinin əksər rayonlarında payızlıq taxıl səpininə başlanılıb. Artıq Göygöldə 7700 hektar sahədə səpin işləri başa çatıb. Daha 1200 hektar sahədə isə şumlanma işləri aparılıb. Səpinin vaxtında başa çatdırmaq üçün sahələrə 35 texnika cəlb olunub. SİA-nnın bölgə müxbirinin xəbərinə görə, hər il olduğu kimi, bu mövsümdə də təsərrüfat sahiblərinə güzəştli şərtlərlə mineral gübrələr verilib. Taxılçılıqla məşğul olan fermerlər builki gübrələrin əvvəlkilərdən daha keyfiyyətli olduğunu deyir. Hazırda təsərrüfat sahibləri havaların yağışlı keçməsini arzulayır. Çünki suvarmaya olan tələbat tam ödənilmədiyindən sahələr yağış sularının ümidinə qalıb. Samux rayonunda payızlıq taxıl səpini yekunlaşmaq üzrədir. Şumlanan 7000 hektar sahənin yarısında səpin işləri yekunlaşıb. Səpinin vaxtında başa çatdırılması üçün Aqrolizinqin 40-a yaxın texnikası sahələrə cəlb olunub. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, gələn il məhsuldarlıq bu ilkindən çox olacaq. Səpin zamanı istifadə olunan toxumun keyfiyyətli olması da vacib amillərdəndir. Bunu nəzərə alan təsərrüfat sahibləri səpindən öncə toxumları xüsusi laboratoriyadan keçirir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə