Gələn il ilk iki stansiya "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalar istismara veriləcək. SİA-nın məlumatına görə, bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun son 10 ildə başçılıq etdiyi müəssisənin keçdiyi yola həsr olunan məqaləsində məlumat verilib. Orada bildirilir ki, sonrakı iki il ərzində isə daha üç stansiyanın istifadəyə verilməsi planlaşdırılır.
Məqalədə həmçinin qeyd olunub ki, bununla yanaşı Yaşıl xətdə daha 3 stansiyanın inşası planlaşdırılır. Hazırda şərti adı "Həzi Aslanov-2" stansiyasının, eləcə də Köhnə və Yeni Günəşli qəsəbələri istiqamətindəki tunellərin qazıntısı aparılır.
Məqalədə qarşıdakı 3 il ərzində iki xətt üzrə, ən azı 8 stansiyanın istismara veriləcəyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB