Azərbaycan Təbrizdəki baş konsulu Şərqi Azərbaycan Vilayətinin yeni valisi ilə görüşüb FOTO

Azərbaycan Təbrizdəki baş konsulu Şərqi Azərbaycan Vilayətinin yeni valisi ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Şərqi Azərbaycan Vilayətinin yeni təyin olunmuş valisi İsmayıl Cabbarzadə ilə görüşüb. SİA-ya verilən məlumata görə, baş konsul valini təyinatı münasibətilə təbrik edib, Şərqi Azərbaycan Vilayətinin Azərbaycan-İran əlaqələrində mühüm rola malik olduğu haqqında söhbət açıb, valiyə xidməti vəzifəsində uğurlar arzulayıb.

Görüşdə həmçinin əlaqələrin inkişafı, qarşılıqlı, eləcə də müştərək iqtisadi, elmi, mədəni layihələrin həyata keçirilməsinin davam etdirilməsi və daha da artırılması, görüşlərin vaxtaşırı təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə