"Qanunun arxasında maliyyə tutumu və dövlət dəstəyi olmasa, ..."

"Qanunun arxasında maliyyə tutumu və dövlət dəstəyi olmasa, ..."

"Bu qanunun arxasında maliyyə tutumu və dövlət dəstəyi olmayacaqsa, deməli o qanun heç vaxt işlək olmayacaq". SİA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bu gün Milli Məclisdə "Uşaqların istirahətinin təşkili haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan uşaq hüquqları konvensiyana qoşulub və bu konvensiyanın tələblərindən biri də uşaqların hüquqlarının təminatıdır: "Düzdür, bu gün ölkədə uşaqların hüquqlarının təminatı istiqamətində kifayət qədər işlər görülür. Bu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır. Yeni qanun layihəsi uşaqların hüquqlarının təminatı baxımından vacib sənəddir. Lakin qanunun işlək olması üçün maliyyə tutumu, dövlət proqramları və dövlətin dəstəyi mütləqdir. Çünki bu gün səhiyyə sahəsində 20-yə yaxın qanun layihəsi qəbul olunub. Bu qanunlar xüsusi maliyyə tutumlu dövlət proqramları icra olunmağa başlayanda işlək mexanizmə keçdi".

Bütün xəbərlər Facebook səhifəmizdə