"Gözəl istirahət mərkəzləri tikilsə də, orada heç bir şərait yoxdur"
"Əgər biz sağlam nəsil yetişdirmək və onları gələcəkdə dövlət işlərinə cəlb etmək istəyiriksə, o zaman uşaqlarımızın sağlamlığı və tərbiyəsi ilə düzgün məşğul olmalıyıq. Ona görə də bu gün uşaqların hərtərəfli inkişaf etdirilməsi üçün onların qayğılarına qalmalıyıq". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Əhliman Əmiraslanov "Uşaqların istirahətinin təşkili haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda ən gözəl istirahət mərkəzləri tikilsə də, orada uşaqların istirahətləri üçün heç bir şərait yoxdur. Bu şəraitin olmaması nəticəsində də biz tez-tez bədbəxt hadisələrin şahidi oluruq və uşaqlar travma alır, eləcə də infeksiyalara yoluxurlar".
Millət vəkili Elmira Axundova da uşaqların istirahəti üçün şərait yaradılmamasından şikayətlənərək deyib ki, bu gün uşaqlarımız yaşadıqları evin həyətində belə gəzə bilmirlər: "Sovet dövründə yaşayış binaları salınanda, əvvəlcə uşaqların asudə vaxtlarının keçirilməsi üçün məkan salınırdı. Bu gün isə tam əksinədir. Buna görə də uşaqlar evdən çölə çıxa bilmirlər. Uşaqlar asudə vaxtlarını sadəcə internet klublarında keçirirlər. İmkanlılar öz istirahətlərini xarici ölkələrdə keçirir, imkansızlar isə heç yerə gedə bilmirlər. Bu səbəbdən də yeni qanun layihəsinin qəbulu vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB