Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında ənənəvi olaraq, hər ayın birinci həftəsinin çərşənbə günü ötən ayın yekunlarına və növbəti ay ərzində fəaliyyət istiqamətlərinin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədi ilə yığıncaq keçirilir. Aparatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 9 noyabr –Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə keçirilmiş növbəti yığıncaqda Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları da iştirak ediblər.
Ombudsman Elmira Süleymanova kollektivi salamlayaraq, qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edib. O, Dövlət Bayrağı gününün qeyd olunmasının ölkəmizdə dövlət atributlarına diqqət və ehtiramın bariz nümunəsi olduğunu vurğulayıb.
Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq, respublikamızda son illərdə bütün sahələrdə hüquqi islahatların geniş vüsət almasının insan hüquqlarının
Müvəkkil ötən ayın yekunları barədə ətraflı məlumat verib, insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində görülən işlər, həmçinin gələcək planlar barədə danışmış, perspektivdə olan vəzifələr müəyyənləşdirilib. Ombudsman əhali arasında keçirilən hüquqi maarifləndirmə tədbirlərində bu əlamətdar günlər, həmçinin Azərbaycan Respublikasının Konstitusiyası barədə ətraflı məlumat verilməsini, bununla bağlı tədbirlər keçirilməsini tövsiyə edib.
Müvəkkilin 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda "Hər bir uşağın qayğısına qalaq!" devizi ilə "Uşaq hüquqları aylığı" keçirmək təşəbbüsünün uğurla həyata keçirildiyi bildirilib.
E.Süleymanova təsisatda 120 adda hüquqi nəşrin -- insan hüquqları üzrə buklet, liflet, broşür, dərslik və dərs vəsaitinin hazırlandığını, bir sıra vəsaitin xarici dillərdən tərcümə edildiyini, Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasında bu nəşrlərin nümayiş etdirildiyini, Ombudsman təsisatının nazirliyin Diplomu ilə mükafatlandırıldığını bildirib. O, ikicildlik "Azərbaycanca-rusca-ingiliscə" və "İngiliscə-rusca-azərbaycanca" hüquq lüğətlərinin çapa hazırlandığını söyləyib.
Yığıncaqda bir sıra məsələlər, pozulmuş hüquqların bərpası, vətəndaşların qəbulu, müraciətlərinin, ərizə və şikayətlərinin cavablandırılması, əhalinin hüquqi maarifləndirilməsi, o cümlədən perspektiv vəzifələr müzakirə olunub, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. İnsan hüquqlarının müdafiəsi və təmini sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, dövlət orqanları, vətəndaş cəmiyyəti, QHT-lər və KİV-lə əməkdaşlığın daha da genişləndirilməsi prioritetlər kimi vurğulanıb.
Yığıncaqda Dövlət qulluğu haqqında Qanuna uyğun olaraq, Ombudsman Aparatının əməkdaşlarına ixtisas dərəcələri verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB