"Məktəb direktorları uşaqların asudə vaxtlarının təşkilinin əleyhinə çıxırlar" etiraz

"Məktəb direktorları uşaqların asudə vaxtlarının təşkilinin əleyhinə çıxırlar" etiraz

"Məktəb direktorları uşaqların asudə vaxtlarının təşkilinin əleyhinə çıxırlar. Valideynlər uşaqların asudə vaxtlarının təşkili üçün direktorların qarşısında tələblə çıxış etsələr də, direktorlar buna mane olurlar". SİA-nın məlumatına görə, bu fikirləri Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Uşaqların istirahətinin təşkili haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, eyni zamanda yerli icra hakimiyyətlərini bu məsələdə ittiham edərək deyib ki, icra başçıları 500 nəfərlik imam ehsanı, iftar süfrələri və lazımsız digər tədbirlər üçün pul tapa bilirlər, lakin uşaqların istirahəti üçün bu qədər vəsait tapmırlar: "Onlar unutmamalıdırlar ki, uşaqlar bizim gələcəyimizdir. Buna görə də uşaqların istirahəti üçün lazım olan vəsaiti tapmaq mütləqdir".

Komitə sədrinin müavini Musa Quliyev də nəyin bahasına olursa olsun, uşaqların istirahəti üçün pul tapılmasının vacibliyini vurğulayıb: "Yeni təhsil naziri bu sahədə islahatlara başlayıb və hesab edirəm ki, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün vəsait tapılmalıdır. Uşaqların asudə vaxtlarının düzgün təşkil edilməməsi gələcəkdə dövlət üçün problemlər yarada bilər. Buna görə də uşaqların istirahəti üçün vəsait tapılması vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə