Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Şərqi Azərbaycan Vilayətinin yeni təyin olunan valisi İsmayıl Cabbarzadə ilə görüşüb. SİA-nın məlumatına görə, baş konsul valini təyinatı münasibətilə təbrik edib, Şərqi Azərbaycan Vilayətinin Azərbaycan-İran əlaqələrində mühüm rola malik olduğu haqqında söhbət açıb, valiyə xidməti vəzifəsində uğurlar arzulayıb.
Görüşdə həmçinin əlaqələrin inkişafı, qarşılıqlı, eləcə də müştərək iqtisadi, elmi, mədəni layihələrin həyata keçirilməsinin davam etdirilməsi və daha da artırılması müzakirə olunub. Bununla yanaşı görüşlərin vaxtaşırı təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB