Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Bala Cəfərli kəndinin şərq istiqamətindəki təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinq başlamazdan əvvəl monitorinqi təmas xəttinin qarşı tərəfdən keçirən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov müəyyən olunan mövqeyə çıxmayıblar. SİA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ancaq tərəflər xəbərdarlıq edildikdən sonra monitorinq baş tutub və insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Jiri Aberle keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB