Paytaxt buludlu olacaq

"Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal qərb küləyi ilə əvəz olunacaq". Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, noyabrın 8-də paytaxtda və yarımadada havanın temperaturu gecə 10-15, günün birinci yarısında 20-25, axşama doğru isə 12-14 dərəcə isti olacaq.

Baş hidroloqun sözlərinə görə, ölkənin rayonlarında sabah hava şəraitinin əsasən gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir: "Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə