Moldovalı ombudsman Mətbuat Şurası tərəfindən mükafatlandırıldı Tədbir

Moldovalı ombudsman Mətbuat Şurası tərəfindən mükafatlandırıldı Tədbir

Bu gün Mətbuat Şurasında Moldova ombudsmanı Aureliya Qriqoriuya ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Mətbuat şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə qonağı salamlayaraq bildirib ki, Mətbuat Şurası Aureliya Qriqoriuyanı Ermənistandakı çıxışına görə mükafatlandırmaq qərarına gəlib. Onun sözlərinə görə, başqa bir ölkənin vətəndaşının ölkəmizin həqiqətlərini bu cür ifadə etməsi bizim üçün mühümdür və bunu yüksək qiymətləndiririk.

Daha sonra tədbirdə Ombudsman Aparatının sədri Elmira Süleymanova çıxış edib. Torpaqlarımızın düşmən ölkə tərəfindən işğalından danışan E. Süleymanova bildirib ki, bütün bunlara baxmayaraq, Ermənistan işğalçılıq niyyətini indi də davam etdirir: "Azərbaycanla dostluq etdiyinizə görə sizə təşəkkürümüzü çatdırırıq. Ölkəmizi müdafiə etdiyinizə görə çox sağ olun. Unutmayın ki, biz də hər zaman sizin arxanızdayıq".

Tədbirin davamında Moldova ombudsmanı Aureliya Qriqoriuyaya "Həqiqətə xidmətlərinə görə" mükafatı təqdim olunub. Eyni zamanda moldovalı ombudsmanla azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə