ATGTİ-nin üzvü Rusiyanın Qorçakov Fondu tərəfindən mükafata layiq görülüb
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) idarə heyətinin üzvü Məcid Musayev Rusiyanın A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu tərəfindən, fondun mətbuat xidməti ilə daimi informasiya mübadiləsi və əməkdaşlığa görə sertifikatla layiq görülüb. SİA-ya verilən məlumata görə, Məcid Musayev Qorçakov Fondunun "Doslar klubu"nun cari ilin 29 oktyabr – 2 noyabr tarixlərində Moskvada keçirilən ilk görüşündə iştirak edib.
Tədbir çərçivəsində iştirakçılar Rusiyanın millət vəkillər və ictimai xadimləri ilə görüşlərə qatılaraq, ölkənin xarici və gənclər siyasətini müzakirə ediblər. Öz növbəsində Qorçakov Fondunun rəsmiləri bildiriblər ki, onlar Qafqaz regionu ilə ictimai diplomatiya sahəsində daha aktiv fəaliyyət planını reallaşdırmağa hazırlaşırlar.
Aleksandr Puşkin adına Dövlət İncəsənət Muzeyinin yeni direktoru, Marina Loşakla keçirilən görüşdə, gənclər MDB ölkələrinin mədəniyyət sahəsində əldə etdikləri nailiyyətləri, ölkələrin tarixi – mədəniyyət abidələrini müzakirə ediblər. Görüşdə xanım Loşak Azərbaycan muzeylərinin yeni inkişaf mərhələsini və ümumi fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin İqamətgahında keçirilən rəsmi bağlanış mərasimində çıxış edən Məcid Musayev, MDB məkanında gənclərarası əməkdaşlıq əlaqələrinin genişlənməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, tədbirin sonunda Qorçakov Fonduna "Dostlar klubu"nun növbəti iclasının Bakıda keçirilməsi təklif edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB