Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi Qadınlar şurası ilə birlikdə Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseydə "Savadlı qadın, savadlı cəmiyyət deməkdir" adlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə rayonun ictimai həyatında özünəməxsus yeri olan xanımlardan 5saylı məktəbin direktoru Solmaz Rəhimova, YAP Qadınlar Şurasının sədri Naibə Mustafayeva, GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova və YAP Qadınlar Şurasının üzvü, Heydər Əliyev Mərkəzinin əməkdaşı Jalə Məlikova iştirak ediblər. Çıxışlar zamanı qızların təhsilə cəlb edilməsi, qadın liderliyi istiqamətində vacib olan amillər müzakirə edilib. Vurğulanıb ki, təhsil hər zaman istənilən uğura çatmaq üçün ən mühüm amillərdən biridir.
Qeyd edək ki, tədbirin yekununda GTM Qarabağ ofisi və İREX təşkilatının əməkdaşlığı nəticəsində əldə edilib "Qızların yüksəlişi" filmi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB