Xızı rayonunun sosial-iqtisadi inkişafı üçün 3 milyon vəsait ayrıldı
Prezident İlham Əliyevin sərəncamı ilə Xızı-Altıağac avtomobil yolunun tikintisi məqsədi ilə ilkin vəsait müəyyənləşdi
Noyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq üç milyon manatı Xızı Rayon İcra Hakimiyyətinə ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB