Həmyerlimiz Deyton Dövlət Məktəbləri Təhsil Şurasının üzvü seçilib

Həmyerlimiz Deyton Dövlət Məktəbləri Təhsil Şurasının üzvü seçilib

Adil Bağırov Deyton Dövlət Məktəbləri Təhsil Şurasının üzvü seçilib. Diaporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ABŞ-ın Ohayo ştatının Deyton şəhərində Deyton Dövlət Məktəbləri Təhsil Şurasına üzvlüyə keçirilən seçkilərə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Аmеrikа Аzərbаycаnlılаrı Şəbəkəsinin (USАN) icraçı direktoru Adil Bağırov öz namizədliyini irəli sürüb.

5 noyabr tarixində yekunlaşan səsvermədə Adil Bağırov və digər 3 namizəd seçkilərdə qalib gələrək növbəti 4 illiyə Təhsil Şurasına üzv seçilib. Şuraya namizədliyini irəli sürən 5 nəfər içərisində həmyerliyimiz 6,728 səs çoxluğu ilə qalib gəlib.

Qeyd edək ki, Deyton Dövlət Məktəbləri Təhsil Şurası 1831-ci ildən fəaliyyət göstərir. Şuraya ilk seçkilər 1855-ci ildə keçirilib. Şura 7 üzvdən ibarətdir və hər 4 ildən bir yeni üzvlər seçilir. Şuranın yaradılmasında məqsəd ictimaiyyət nümayəndələrinin və vətəndaşların təhsil prosesində fəal iştirakının təmin olunmasıdır. Hazırda 15313 tələbə burada təhsil alır.

Bütün xəbərlər Facebook səhifəmizdə