AMEA alimlərə qızıl medalın hansı formada veriləcəyini açıqladı

AMEA alimlərə qızıl medalın hansı formada veriləcəyini açıqladı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərə qızıl medalların hansı formada veriləcəyini açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə AMEA-nın akademik katibi Rasim Əliquliyev Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib. O deyib ki, mükafatın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya mühüm əhəmiyyətli elmi nəticələrə, kəşf və ixtiralarına görə verilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, alimlərin medala namizədliyini irəli sürmək hüququ AMEA-nın Rəyasət Heyəti və elmi bölmələrə şamil edilir: "Namizədlər barədə təkliflər Rəyasət Heyətinin qərarı ilə yaradılacaq və həmin namizədlər Ekspert Komissiyasına ünvanlanacaq. Sonra isə komissiya gizli səsvermə yolu ilə mükafata namizədi seçməli, onun təltif olunması barədə qərar isə Rəyasət Heyəti tərəfindən qəbul edilməlidir. Medalın təsvir layihəsi bəyənilib və onun razılaşdırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət olunacaq. Sonda medalın təsis edilməsi və əsasnaməsinin təsdiq olunması məqsədi ilə ölkə prezidentinə müraciət ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə