“Ekoturizm – təbiətə qayğı və istirahət” layihəsinin təqdimatı olub
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə fərdi şəxs Ceyla Vəliyevanın "Ekoturizm – təbiətə qayğı və istirahət" layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, YAP GB ofisinin rəhbəri Sərraf Balaxan layihə barədə məlumat verərək bildirib ki, layihənin əsas məqsədi ölkəmizdə ekoturizmin inkişafına dəstək olmaqdan, turizmin bu növü ilə bağlı yerli əhalini və ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.
Layihə təqdimatında iştirak edən texniki elmlər doktoru Fəqan Əliyev bildirib ki, Azərbaycan 2001-ci ildən Beynəlxalq Turizm Təşkilatının üzvüdür, bu təşkilat qarşısında götürülən öhdəliklərdən biri də məhz ekoturizmin inkişafı və təbiətin qorunmasıdır.
Layihə müəllifi Ceyla Vəliyeva isə bildirib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ekoturizmin inkişafı ilə bağlı müxtəlif kompaniyalara etdiyi müraciəti nəzərə alaraq, bu layihə ilə turizmin bu növünün inkişafına dəstək vermək niyyətindədirlər: "Layihədə əsasən ixtisasca turizmə yaxın olan gənclər seçilərək onlar üçün öncə ekoturizmlə bağlı maarifləndirmə təlimləri keçiriləcək. Bundan sonra həmin gənclər ölkə əhalisinin və xarici turistlərin səfər etdiyi əsasən dəniz kənarı ərazilərdə yaşayan yerli əhalinin maariflənməsini, onlara ekoturizmlə bağlı məlumatverici materialların paylanması işini həyata keçirəcəklər. "Ekoturizm – təbiətə qayğı və istirahət" layihəsinin əsas ideyası ölkəmizdə mövcud olan ekoturizm imkanlarını ictimaiyyətə təqdim etməkdən, ekoturizm üçün münbit şərait olan yerlərdə yerli əhalini maarifləndirməkdən, şəxsi nümunə kimi təbiətə qayğı göstərməkdən, vəhşi təbiətdə təmizlik işləri görməkdən ibarətdir".
Daha sonra tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB