Zoologiya İnstitutu nərəkimi balıqların çoxaldılması üçün təklif irəli sürüb
"AMEA-nın Zoologiya İnstitutu Azərbaycanda ilk dəfə olaraq, nərəkimi balıqların akvakultura şəraitində çoxaldılması üçün adıçəkilən instititun Mingəçevir laboratoriyasının bazasında təcrübə-istehsalat təsərrüfatı yaratmağı təklif edib". SİA- nın məlumatına görə, bu sözləri institutun direktoru İlham Ələkbərov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, əgər təklif bəyənilib, qəbul olunarsa o zaman layihə regionlarda tədbiq ediləcək.
Onun sözlərinə görə, Xəzərdə nərəkimi balıqların təbii və süni artımının miqyası azalır: "Bu səbədən də sözügedən layihə Xəzərdə və Kür çayında nərəkimilərin süni yolla artımına imkan verəcək. Bu cür təsərrüfatlar digər ölkələrdə də var. Məsələn, Rusiyada 21 belə təsərrüfat var. Orada 2000 tona qədər balıq saxlanılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB