AMEA Rəyasət Heyətinin iclası keçirilir TƏDBİR

AMEA Rəyasət Heyətinin iclası keçirilir TƏDBİR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət heyətinin iclası keçirilir. SİA-nın məlumatına görə, tədbirdə AMEA -nın prezidenti Akif Əlizadə və Rəyasət Heyətinin üzvləri iştirak edirlər.

İclası giriş sözü ilə açan Akif Əlizadə ilk növbədə ölkədə keçirilmiş III Bakı Beynəlxalq Forumu haqqında danışıb. O bildirib ki, Forum çox uğurlu şəkildə həyata keçib: "AMEA üzvləri həmin Forumda fəal iştirak ediblər. Düşünürəm ki, xarici ölkələrdən Forumda iştirak edən alimlər öz ölkələrində Azərbaycan elmi və digər sahələr haqqında məlumatı öz ictimaiyyətlərinə çatdıra biləcək. İnanıram ki, gələn Forum bundan da yüksək səviyyədə aparılacaq".

Daha sonra A. Əlizadə təbir iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edib. O bildirib ki, alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, antropogen amillərə görə, Xəzər dənizində nərə balıqlarının nəsli kəsilmək üzrədir".

Daha sonra tədbirdə Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov sözügedən mövzu ilə bağlı məruzə ilə çıxış edib. O bildirib ki, yerli və xarici mütəxəssislərin rəyinə görə, son onilliklərdə Xəzəryanı ölkələrin balıqartırma zavodları tərəfindən dənizə balıq körpələrinin buraxılması fayda vermir: "Əksinə, bu cür hallar nərəkimi balıqların ciddi surətdə azalmasına gətirib çıxarır".

Bütün xəbərlər Facebook səhifəmizdə