Gəncədə yeni maşın bazarı tikilir

Gəncədə yeni maşın bazarı tikilir

Gəncənin qərb istiqamətində girişində yeni avtomobil bazarı tikilir. SİA-nın bölgə müxbirinin xəbərinə görə, 16 hektardan çox sahəni əhatə edən yeni bazar müasir standartlara uyğun tikilir. Burada avtomobil satışı üçün hər bir şərait yaradılacaq. Bazarda 1000-dən çox avtomobil satışını həyata keçirmək mümkün olacaq, müxtəlif avtomobil dillerləri üçün satış mərkəzləri, ikinci əl avtomobillərin satışı üçün 4 satış nöqtəsi mövcud olacaq. Layihəyə görə 29 tikilidən ibarət bazarda avtomobil ehtiyatlarının satış məntəqəsi, avtomobil təmiri üçün sexlər, alıcıların istirahəti üçün kafe, yeməkxanalar və biznes mərkəzi ilə ofislər fəaliyyət göstərəcək. Köhnə maşın bazarından dəfələrlə böyük və komfortlu olan yeni avtomobil bazarından Gəncədən əlavə ətraf rayonların sakinləri də istifadə edə biləcəklər.

Qeyd edək ki, bazarın gələn il istifadəyə verilməsi planlaşdırılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə