Gənclər Fondu “Mobil kitab rəfi” yaratdı

Gənclər Fondu “Mobil kitab rəfi” yaratdı

Azərbaycan Gənclər Fondu gənc nəslin maarifləndirilməsi və inkişafı istiqamətdə bir sıra layihələr həyata keçirir. SİA-ya verilən məlumata görə, Fond gənclərin kitab oxumağa marağının artırılması, onların daha asan və praktik yollarla kitab əldə etmələri və maariflənmələri üçün bir neçə ay bundan öncə "Açıq kitab rəfi" layihəsini həyata keçirib. Açıq kitab rəfi vasitəsilə gənclər İçərişəhərdə yerləşdirilən və mütəmadi olaraq yenilənən kitab rəfindən istədikləri kitabları əldə edərək oxumaq imkanı qazanıblar.

Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərə əlavə olaraq Gənclər Fondu daha bir maarifləndirici layihəyə start verib. "Mobil kitab rəfi" adlandırılan mobil keçid vasitəsilə gənclər mobil telefonlarla Azərbaycan və dünya ədəbiyyatının nümunələrini yükləmək və oxumaq imkanı əldə edirlər. Hazırda Azərbaycan və dünya ədəbiyyatından bir sıra kitabların elektron versiyalarının yükləndiyi portala mütəmadi olaraq yeni kitablar əlavə olunacaq.

Qeyd edək ki, gənclərin ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən olan metroda qatarlarda layihənin posterləri yerləşdirilib. Posterlərdə göstərilən bar kod vasitəsilə gənclər mobil telefonla birbaşa keçidə daxil ola və kitab yükləyə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə