Arif Rəhimzadə bələdiyyələrə ayrılan vəsaitdən şikayətlənib

Arif Rəhimzadə bələdiyyələrə ayrılan vəsaitdən şikayətlənib

Milli Məclisdə komitələrin iştirakı ilə keçirilən büdcə müzakirələri davam edir. İclasda çıxış edən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrə ayrılan vəsaitdən şikayətlənib. SİA-nın məlumatına görə, iclasda çıxış edən A.Rəhimzadə bu məsələyə diqqət ayrılmasının vacib olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində müəyyən artımlar var: "Bununla belə, yerli bələdiyyələrə ayrılan büdcədə heç bir artım yoxdur. Görünür, biz bələdiyyələri kənar orqan kimi yaratmışıq. Lakin nəzərə almaq lazımdır ki, bələdiyyə orqanları dövlətin vacib strukturudur. Onlara ciddi diqqət göstərmək lazımdır. Bələdiyyənin büdcəsi 30-35 min manat təşkil edir. Lakin ölkədə 1700 bələdiyyə var. Xahiş edirəm ki, bu məsələyə xüsusi diqqət ayrılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə