"Kommunal xərclərin artması kənd təsərrüfatını çökdürə bilər. Əgər gələn il kommunal xərclər artacaqsa və bu kənd təsərrüfatı məhsulları istehsal edən müəsissələriə aid edilsə, o zaman onların dizi qırıldı. Bu zaman burada inkişafından danışmaq olmaz". SİA-nın məlumatına görə, bunu 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı parlamentdə keçirilən iclasda deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatının emal müəsissələri vergilərdən azad edilməlidir: "Emal istehsal müəsisəsləri isə qaz, su, və işığın ödənilməsindən azad edilməli və ya qismən məbləğ azaldılmalıdır ki, bu da kənd təsərrüfatının stimullaşdırılmasına kömək edə bilsin. Ümumdünya Ticarət Təşkilatına niyə üzv olmuruq? Əgər üzv olsaydıq, o zaman bu gün Rusiya bazarlarına çıxmaq bizə bu dərəcədə baha başa gəlməzdi. Bununla da Rusiyadan asılılığımız azalardı və məhsullarımız dünya bazarlarına çıxardı. Biz bu prosesə qoşulmağımızı tezləşdirməliyik. Kənd təsərrüfatı məhsullarının ixrac məsələsi elə acınaqlı vəzityətdədir ki, istehsalçılar məhsullarını xaricə çıxara bilmir. Rusiyada gömrükdə qiymətin artırılması onların məhsulun ora aparılmasına mane olması ilə nəticələnir. İnsanların məhsulları əllərində qalır".
F.Ağamalı təhsildə olan problemlərdən də danışıb: "2013-cü ildə məktəbi bitirənlərin 20 min nəfəri peşə məktəblərinə daxil olub, çox adam isə buna nail ola bilməyib. Səbəb isə peşə məktəblərin sayının azlığıdır. Bu gün regionlarda peşə məktəbləri demək olar ki, yoxdur. Regionlarda məhsul yetişdirilməsində ixtisaslaşdırmalar gedir, buna uyğun olaraq həmin rayonlarda texniki peşə məktəblərinin sayını artırıb gəncləri bura cəlb etmək yaxşi olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB