Ünvanlı sosial yardımların verilməsində yeniliklər tətbiq ediləcək

Ünvanlı sosial yardımların verilməsində yeniliklər tətbiq ediləcək

"Ünvanlı sosial yardımların verilməsində yeniliklər tətbiq ediləcək". SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, hazırkı dövrə qədər ünvanlı sosial yardımların verilməsi 2 aylıq həyata keçirilib: "Lakin növbəti ilin yanvar ayından etibarən ünvanlı sosial yardımlar onu almalı olan aztəminatlı ailələrə aylıq olaraq ödəniləcək. Belə ki, ünvanlı yardımların təyinatı sahəsində şəffaflığın təmin olunması istiqamətində daha bir yenilik olaraq, növbəti ilin yanvar ayından etibarən əmək haqları və pensiyalar, sosial müavinətlər kimi ünvanlı yardımlar da aylıq hesablara köçürüləcək. Bununla da ünvanlı sosial yardımların ödənişində hər hansı bir "gecikmə" problemi olmayacaq".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə