Ermənistan Azərbaycanın zəbt olunan ərazilərində yaratdığı separatçı "Dağlıq Qarabağ Respublikası"nın qondarma "xəritəsində" işğal altındakı rayonlarımıza özlərinəməxsus "adlar" qoyub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Dağlıq Qarabağda yerləşən ərazilərdəki yaşayış məskənlərinin adlarının dəyişdirilməsi Xocavəndli məcburi köçkünlər tərəfindən ciddi etirazla qarşılanıb.
Beyləqan rayonu ərazisində məskunlaşan Xocavənddən olan məcburi köçkünlər işğal altında olan ərazilərdə, o cümlədən Xocavənddə olan şəhər və kəndlərin adlarının erməniləşdirilməsini erməni saxtakarlığının davamı hesab edirlər. Köçkünlər dünya birliyini, Beynəlxalq Təşkilatları bu saxtakarlığa biganə qalmamağa çağırırlar.
Qeyd edək ki, ermənilər "xəritələrində" Kəlbəcər rayonunu "Karvaçar", Laçın rayonunu Kaşataq, Laçın şəhərini "Berdzor", Cəbrayıl rayonunu "Djrakan", Zəngilan rayonunu "Kovsakan", Qubadlı rayonunu "Sanasar", Ağdərə bölgəsini "Mardakert", Şuşanı "Şuşi", Xankəndini "Stepanakert", Füzuli rayonunu "Varanda", Xocavənd rayonunu "Martuni", Ağdam rayonunu "Akna", Xocalını "İvanyan" kimi qeyd ediblər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB